Bakı. Trend:
Ermənistanda itkin düşmüş əsgər Benyamin Manuçuryanın meyiti qar uçqununun altında tapılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müddətli hərbi xidmət keçən və bir neçə gün sonra təxris edilməli olan Manuçuryan döyüş mövqeyindən hərbi hissəyə geri qayıdarkən yanvarın 13-də əlverişsiz hava şəraitində itkin düşüb.
Ermənistanın İstintaq Komitəsi əsgərin ölümü ilə əlaqədar olaraq, insanın ölümünə səbəb olan hərbi vəzifə səhlənkarlığı faktı üzrə cinayət işi açıb.