...

İmran Xan 10 illik həbs cəzasına məhkum olundu

Dünya xəbərləri Materials 30 Yanvar 2024 12:42 (UTC +04:00)
İmran Xan 10 illik həbs cəzasına məhkum olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xanı 10 il müddətinə azadlıqdan məhrum edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölkənin keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi barəsində də 10 il müddətinə həbs qərarı verilib.

Xatırladaq ki, Pakistanın keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi gizli motivlərlə və şəxsi faydaları üçün, faktları təhrif edərək dövlət sirrini yaymaqda ittiham olunurlar.

Qeyd olunub ki, keçmiş nazirlər bununla Pakistan dövlətinin təhlükəsizliyini təhdid altında qoyublar.

İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti