...

İmran Xan daha 14 il müddətinə həbs olunub

Dünya xəbərləri Materials 31 Yanvar 2024 10:27 (UTC +04:00)
İmran Xan daha 14 il müddətinə həbs olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Büşra Bibi dövlət hədiyyələrinin qanunsuz satışına görə 14 il müddətinə həbs olunublar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin avqust ayında məhkəmə dövlət mülkiyyətində olan və dəyəri 14 milyon rupidən (501 min dollar) baha olan hədiyyənin satışına görə İmran Xan barəsində 3 illik həbs qərarı vermişdi. Hökm sonradan ləğv olunsa da, İmran Xan digər ittihamlarla əlaqəli olaraq həbsdə qalmağa davam edib.

Xatırladaq ki, ötən gün Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi barəsində 10 il müddətinə həbs qərarı verib. İmran Xan və Şah Mahmud Qureyşi gizli motivlərlə və şəxsi faydaları üçün, faktları təhrif edərək dövlət sirrini yaymaqda ittiham olunurlar.

Qeyd edək ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti