...

Rusiya BMT Təhlükəsizlik Şurasının tecili iclasını tələb edib

Dünya xəbərləri Materials 3 Fevral 2024 20:07 (UTC +04:00)
Rusiya BMT Təhlükəsizlik Şurasının tecili iclasını tələb edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, iclasın 5 fevral Nyu-York vaxtı ilə saat 16:00-da baş tutacağı gözlənilir.

"Biz indicə ABŞ-ın İraq və Suriyaya zərbələri nəticəsində sülh və təhlükəsizliyə yaratdığı təhdidlərlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini xahiş etmişik. Bu ayda sədrlik edən Qayana dövləti onu fevralın 5-də Nyu-York vaxtı ilə saat 16:00-a təyin etməyi planlaşdırır", - deyə o yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti