...

ABŞ və Böyük Britaniya sutkada Yəmənə ikinci silsilə zərbələr endirib

Dünya xəbərləri Materials 4 Fevral 2024 01:47 (UTC +04:00)
ABŞ və Böyük Britaniya sutkada Yəmənə ikinci silsilə zərbələr endirib

Bakı. Trend:

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin hədəflərinə sutka ərzində ikinci silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Yəmənin paytaxtı Səna, həmçinin Damar, Taiz, Həccə və Əl-Bayda vilayətləri intensiv zərbələrə məruz qalıb. Xüsusilə ABŞ təyyarələri Taizdə müxtəlif ərazilərə ən azı 11 zərbə endirib.

"Al Hadath" telekanalı bildirib ki, Səna hava limanı ərazisində husilərin mövqeləri, həmçinin ölkənin bir sıra vilayətlərində silah anbarları və raket buraxılış qurğuları vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti