Bakı. Trend:
Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 110 nəfər isə hələ də itkin düşmüş sayılır.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var.
Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli qızıl hasilatı zavodunun işçilərini daşıyan bir neçə avtobus torpağın altında qalıb.