...

Avstraliya Rusiyanın 55 vətəndaşı və 37 təşkilatına sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 24 Fevral 2024 10:10 (UTC +04:00)
Avstraliya Rusiyanın 55 vətəndaşı və 37 təşkilatına sanksiya tətbiq edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya hökuməti Rusiyanın 55 vətəndaşı və 37 təşkilatına qarşı əlavə maliyyə sanksiyaları və ölkəyə girişə dair qadağalar tətbiq edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avstraliya XİN rəhbəri Penni Vonq bildirib.

Məlumata görə, yeni sanksiyaların şamil olunduğu vətəndaşların və müəssisələrin tam siyahısı hələ açıqlanmayıb.

XİN rəhbəri qeyd edib ki, siyahıya Rusiya müdafiə kompleksinin müəssisələri, energetika və mədənçıxarma sektorları, Belarus, İran və Şimali Koreyadakı Rusiya satınalma şəbəkələri ilə əlaqəli bir sıra media şirkətləri və təşkilatlar daxildir.

Xatırladaq ki, 2014-cü ilin martından etibarən Avstraliya hökuməti 28 dəfə anti-Rusiya sanksiyalarının tətbiq olunduğunu elan edib. Kanberranın sanksiya siyahısına 1100-dən çox vətəndaş, eləcə də Rusiya və Belarusun 300-dən çox müəssisəsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti