...

İsrail Qəzzada girovların azad edilməsi üçün növbəti addımları müzakirə edəcək

Dünya xəbərləri Materials 25 Fevral 2024 10:20 (UTC +04:00)
İsrail Qəzzada girovların azad edilməsi üçün növbəti addımları müzakirə edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Nazirlər Kabineti Qəzza zolağında "Həmas" tərəfindən saxlanılan girovların azad edilməsi üçün danışıqlarda növbəti addımları müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, müzakirələr İsrail nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra başlayacaq.

"Girovları azad etmək üçün yeni razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu axşam biz [Nazirlər Kabineti] danışıqlarda növbəti addımları müzakirə edəcəyik", - deyə B.Netanyahu yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti