...

Lavrov Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 28 Fevral 2024 15:01 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 1-2 mart tarixlərində Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat yayıb.

Bildirilib ki, nazir Türkiyədə Antalya Diplomatik Forumunda iştirak edəcək.

Səfər çərçivəsində Lavrovun türkiyəli həmkarı Hakan Fidan ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, 1-3 mart tarixlərində keçirilməsi planlaşdırılan Antalya Diplomatik Forumunda 100-dən çox ölkədən 4 minə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Forumun əsas mövzusunu "Böhran dövründə diplomatiyanın təşviqi" təşkil edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti