...

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri istefa verib

Dünya xəbərləri Materials 29 Fevral 2024 21:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.

Trend-in məlumatına görə, bu barədə səfir E.Marukyan "Facebook" səhifəsində yazıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanla fikir ayrılığına görə istefa verdiyini qeyd edib.

"Son zamanlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün etdi", - deyə o bildirib.

E.Marukyanın Azərbaycanla sülh sazişi üzərində işlədiyi də bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti