Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Trend-in xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbua xidmətinin rəhbəri Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.
Qeyd edək ki, görüş mətbuata qapalı şəraitdə keçirilib.
Nazirlərin geniş spektrə malik məsələləri, o cümlədən, ticarət, energetika, təhlükəsizlik, bank sahəsi, turizm kimi qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən, regiondakı problemlər müzakirə olunub. Tərəflərin, həmçinin, müxtəlif səviyyələrdə ikitərəfli təmaslar qrafiki hazırlayacaqları planlaşdırılıb.
Qeyd edək ki, Antalya Diplomatik Forumu martın 3-dək davam edəcək. Forumda 100-dən çox ölkədən 4 minə yaxın qonaq iştirak edir. Forumun əsas mövzusunu "Böhran dövründə diplomatiyanın təşviqi" təşkil edir.