...

Urmiyada məktəbdə 18 şagird zəhərləndi

Dünya xəbərləri Materials 4 Mart 2024 14:34 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər yerli vaxtla saat 8-də İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində “Şahid” orta məktəbində yanğın baş verib.

Trend-in məlumatına görə, bunu İranın Urmiya yanğısöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəhbəri Hüseyn Sərbaz Rəşid deyib.

H.Sərbaz Rəşidin sözlərinə görə, yanğın nəticəsində 18 şagird tüstüdən zəhərlənib. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların vəziyyətin qənaətbəxşdir.

Sərbaz Rəşid bildirib ki, yanğın məktəbdə bir sinifdə baş verib və yanğınsöndürmə əməkdaşlarının səyi nəticəsində yanğın söndürülüb.

Qeyd edək ki, ötən gün də Urmiyada məktəb servisinin qəzaya uğraması nəticəsində 17 şagird xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti