ABŞ Yəməndə husilərin PUA və raketlərinə zərbələr endirdi

Dünya xəbərləri Materials 8 Mart 2024 13:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının raketlərinə və pilotsuz uçuş aparatlarına zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, CENTCOM özünümüdafiə məqsədilə Yəmən ərazisində husilərin nəzarətində olan dörd gəmi əleyhinə qanadlı raketə və bir PUA-ya zərbələr endirib.

Bundan başqa, ABŞ silahlı qüvvələrinin husilərin Ədən körfəzi istiqamətində buraxılmış üçn PUA-sını vurduğu qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti