Bakı. Trend:
İstanbulda minik avtomobili ilə avtobus toqquşub.
Trend xəbər verir ki, hadisə Sultanbeyli rayonunda qeydə alınıb.
Avtomobildə olan 4 nəfər və avtobusda olan 2 sərnişin xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.