Bakı. Trend:
Müsəlmanlara qarşı mənfi halların artması fonunda ABŞ administrasiyası islamofobiya ilə mübarizəyə yönəlmiş strategiya hazırlamağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
"Mənim administrasiyam islamafobiya və onunla əlaqəli qərəz və ayrı-seçkilik formaları ilə mübarizə üçün ilk milli strategiya hazırlayır", - deyə Ağ Evin müqəddəs Ramazan ayının başlanması ilə bağlı verdiyi bəyanatda deyilib.
“Biz müsəlman amerikalılara qarşı dəhşətli nifrət və zorakılığın şahidi olduq”, - deyə ABŞ prezidenti deyib. O, İslamofobiyaya Birləşmiş Ştatlarda qətiyyən yer olmadığını vurğulayıb.