Bakı. Trend:
Bu gün Almaniyadan Qəzza zolağı üçün hava yolu ilə humanitar yardım göndərilib.
Trend-in məlumatına görə, bu barədə Almaniya Hərbi Hava Qüvvələri xəbər verib.
"İordaniyadan havaya qalxan Almaniyanın “Hercules C130” hərbi-nəqliyyat təyyarəsi min metr hündürlükdən Qəzza zolağı üzərində paraşütlə dörd ton ərzaq göndərib", - deyə bildirilib.
"EFE" agentliyi qeyd edib ki, Almaniya Hərbi Hava Qüvvələrinin köməyi ilə ilk humanitar yardım ölkənin kansleri Olaf Şolzun İordaniyaya səfərindən bir neçə saat əvvəl baş verib.