...

Venesuelada keçirələcək seçkilərdə Maduronun namizədliyi irəli sürülüb

Dünya xəbərləri Materials 17 Mart 2024 01:24 (UTC +04:00)
Venesuelada keçirələcək seçkilərdə Maduronun namizədliyi irəli sürülüb

Bakı. Trend:

Hakim Venesuela Vahid Sosialist Partiyasının (VVSP) konqresi və gənclər partiyası təşkilatı yekdilliklə hazırkı prezident Nikolas Maduronu prezident seçkilərində namizəd seçib.

Trend-in məlumatına görə, bu barədə "Venezolana de Televisión" telekanalı xəbər verib.

Məlumata əsasən, Venesuela prezidenti və VVSP sədri N.Maduronun namizədliyi ilkin partiya təşkilatlarının, icma şuralarının və ictimai təşkilatların əvvəlki iclaslarında 4 milyondan çox venesuelalı tərəfindən dəstəklənib.

N.Maduro üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürür. Venesuela Konstitusiyası respublika prezidentinin və digər seçkili vəzifələrin təkrar seçkilərinin sayını məhdudlaşdırmır. Prezident seçkiləri iyulun 28-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti