...

Rusiyada yük qatarı avtomobillə toqquşdu, 20 vaqon relsdən çıxdı

Dünya xəbərləri Materials 18 Mart 2024 09:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Baykal dəmir yolunun Qorelıy-Bamovskaya hissəsində yük qatarı minik avtomobili ilə toqquşub, 20 vaqon relsdən çıxıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza Amur vilayətində Bamovskaya stansiyasında baş verib.

Relsdən çıxan vaqonlar boş olub.

Qəzaya minik avtomobilinin sürücüsünün səbəb olduğu bildirilib. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Dəmir yolunun qeyd olunan hissəsində qatarların hərəkəti dayandırılıb. Artıq bərpa işləri aparılır.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti