...

Qəzza zolağında 6 həftəlik atəşkəs elan oluna bilər - KİV

Dünya xəbərləri Materials 19 Mart 2024 11:36 (UTC +04:00)
Qəzza zolağında 6 həftəlik atəşkəs elan oluna bilər - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qətərdə İsrail və HƏMAS arasında Qətər və Misirin vasitəçiliyi ilə danışıqlar prosesi bərpa olunub.

Trend xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, tərəflərin mövqeyində kompromis nəzərə çarpır və yaxında razılaşmanın əldə olunacağı gözlənilir.

Qeyd olunub ki, hər iki tərəf müəyyən kompromislərə getməyə hazırdır.

Hazırda aparılan danışıqlar nəticəsində Qəzza zolağında 6 həftəlik atəşkəsin elan olanacağı və HƏMAS tərəfindən 40 israilli girovun İsrail həbsxanalarında saxlanılan fələstinlilər müqabilində azad ediləcəyi gözlənilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti