...

Türkiyə İraq sərhədində “təhlükəsiz bölgə” yaradacaq

Dünya xəbərləri Materials 21 Mart 2024 17:59 (UTC +04:00)
Türkiyə İraq sərhədində “təhlükəsiz bölgə” yaradacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraq sərhədində "təhlükəsiz bölgə" yaradaraq Türkiyəyə uzaqdan gələn təhlükəni qarşılamaq, nəqliyyat və enerji layihələri ilə bölgənin rifahının inkişafına töhfə vermək hədəflənir.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindəki (MMN) mənbələrdən bildirilib.

Məlumata görə, Türkiyə hərbi-siyasi rəhbərliyinin İraq hakimiyyəti ilə son görüşlərindən sonra həftəlik mətbuat brifinqi keçirilib.

Nazirlik mənbələri İraq hakimiyyəti ilə son görüşlərdən sonra Birgə Əməliyyatlar Mərkəzinin yaradılıb-yaradılmayacağı ilə bağlı suallara cavab veriblər: “İraqla danışıqlar müəyyən səviyyələrdə davam edir. İki ölkə arasında imzalanması planlaşdırılan Strateji Çərçivə Sənədi üçün hazırlıqlar davam edir. Bu sənədə daxil etmək istədiyimiz məsələlərdən biri də Birgə Əməliyyatlar Mərkəzinin yaradılmasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti