...

BMT TŞ ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə həftənin sonuna kimi səsə verə bilər

Dünya xəbərləri Materials 21 Mart 2024 18:55 (UTC +04:00)
BMT TŞ ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə həftənin sonuna kimi səsə verə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası (TŞ) bu həftənin sonuna qədər Qəzza zolağında dərhal atəşkəsə çağırış edən Amerikanın Yaxın Şərq qətnamə layihəsinə səs verə bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud bildirib.

"Hələ dəqiq vaxt çərçivəsi haqqında danışmaq istəmirəm, lakin biz [səsvermənin] mümkün qədər tez baş tutmasını istərdik. Ola bilsin ki, bu həftənin sonuna qədər baş verəcək", - deyə o qeyd edib.

R.Vud Amerika sənədi ilə bağlı təfərrüatları barədə danışmasından imtina edərək, Vaşinqtonun hələ də Təhlükəsizlik Şurasının üzvləri ilə mətni müzakirə etdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti