...

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

Dünya xəbərləri Materials 29 Mart 2024 14:46 (UTC +04:00)
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Menorka adasında yerləşən Maon şəhərindəki hərbi-dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib.

Trend xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti bu barədə hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi” əməliyyatında iştirak edən müttəfiq gəmilərinin lövbər sala bilməsi üçün Maon limanındakı bazanı “daimi diplomatik icazəsi olan liman” kimi NATO-ya təklif edib. Belə ki, həmin baza NATO-nun maddi-texniki dəstək məntəqəsi üçün uyğun xüsusiyyətlərə malikdir.

Alyansın digər iki hərbi-dəniz bazası isə Əndəlüs və Murcia vilayətlərində yerləşir.

NATO-nun 2016-cı ildə başlayan ”Dəniz gözətçisi” əməliyyatının əsas məqsədi Aralıq dənizində hərəkət azadlığını təmin etmək və müxtəlif təhlükələrin qarşısını almaqdır.

Xəbər lenti

Xəbər lenti