...

Tokayev Ali Auditor Palatasının sədrini vəzifədən azad edib

Dünya xəbərləri Materials 1 Aprel 2024 11:19 (UTC +04:00)
Tokayev Ali Auditor Palatasının sədrini vəzifədən azad edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Auditor Palatasının sədri Natalya Qodunovanı vəzifəsindən azad edib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Natalya Qodunova 2022-ci ilin noyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Ali Auditor Palatasının sədri təyin edilmişdi.

Daha əvvəl Qodunova dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinə rəhbərlik edib. 2022-ci ilin iyun ayında Qazaxıstanda Konstitusiyaya düzəlişlər üzrə referendumun nəticələrinə əsasən, Tokayev büdcə sahəsində səlahiyyətləri parlamentə ötürüb. Hesablama Komitəsi isə Ali Auditor Palatası ilə əvəz olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti