...

Türkiyədə məşhur aktyor bələdiyyə sədri seçilib

Dünya xəbərləri Materials 1 Aprel 2024 12:48 (UTC +04:00)
Türkiyədə məşhur aktyor bələdiyyə sədri seçilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə keçirilən bələdiyyə seçkilərinə qatılan tanınmış aktyor Erdal Beşikçioğlu Ankara şəhəri Etimesgut bələdiyyəsinin sədri seçilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Seçkilərə "Cümhuriyyət Xalq Partiyası"ndan (CHP) qatılan aktyor qeyri-rəsmi nəticələrə görə, səslərin 56 faizini, "Milliyətçi Hərəkat Partiyası"ndan (MHP) olan rəqibi Ənvər Dəmirəl isə 32,85 faiz səs qazanıb.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

Son məlumatlara görə, ölkə üzrə 99.6 faiz seçki qutuları açılıb.

İstanbul üzrə bu faiz 54.5-ə bərabərdir. İlkin nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti