...

Qırğızıstanda Rusiyanın "Mir" ödəniş sisteminə aid kartlar işləməyəcək

Dünya xəbərləri Materials 2 Aprel 2024 19:19 (UTC +04:00)
Qırğızıstanda Rusiyanın "Mir" ödəniş sisteminə aid kartlar işləməyəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 5-dən Qırğızıstan ərazisində Rusiyanın “Mir” ödəniş sisteminə aid kartlar deaktiv ediləcək.

Trend xəbər verir ki, bu barədə qərarı “Banklararası Ödəniş Mərkəzi” QSC gələcək sanksiyaların qarşısını almaq məqsədilə verib.

Nəticədə göstərilən tarixdən etibarən kartlara texniki xidmət, pul köçürülməsi və bütün növ elektron ödənişlər qadağan olunacaq.

O da bildirilib ki, Rusiyanın “Milli Ödəniş Kartları Sistemi” Səhmdar Cəmiyyəti dəyişikliklə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Ermənistan hökuməti sözügedən hüquqi addımı martın 30-dan etibarən tətbiq etməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti