...

Xankəndidən Ermənistana gedən Sarkis Qalstyan Gorusda saxlanıldı

Dünya xəbərləri Materials 3 Aprel 2024 16:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndidə yaşamağa davam edən Sarkis Qalstyan bu yaxınlarda arvadı ilə birlikdə Ermənistana gedib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, Qalstyan Gorusda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb.

Erməni KİV Milli Təhlükəsizlik Xidməti ilə məlumatı dəqiqləşdirməyə çalışıb, lakin onlardan yazılı sorğu göndərmələri tələb olunub. Bundan başqa, Qalstyanın Ermənistanda yaşayan qohumları da məlumatı nə təkzib, nə də təsdiq ediblər.

KİV nümayəndələri məsələ ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə də sorğu göndərib, lakin hələ cavab almayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti