...

Türkiyədə avtovağzalda silahlı atışma baş verib, ölən var

Dünya xəbərləri Materials 5 Aprel 2024 23:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə Şanlıurfa şəhərlərarası avtovağzalında silahlı münaqişə baş verib.

Trend xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Münaqişənin səbəbi hələ ki məlum deyil. Terminaldakı polis davaya müdaxilə edib və yaralanıb. Yaralı polis məmurunun həyatı üçün təhlükə olmadığı bildirilib.

İlkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılan yaralılardan biri - Halil Deveci dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti