...

Almaniyalı nazir kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir

Dünya xəbərləri Materials 8 Aprel 2024 04:05 (UTC +04:00)
Almaniyalı nazir kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın iqtisadiyyat naziri Robert Habek kansler postu uğrunda mübarizə aparmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə “Bild” qəzeti yazıb.

Seçki yarışında, həmçinin Xristian Demokrat İttifaqının lideri Fridrix Merz və ölkənin xarici işlər naziri Annalena Barbok da iştirak edəcək.

Bildirilib ki, Yaşıllar partiyasını təmsil edən Robert Habek son vaxtlar ölkədə müxtəlif biznes birlikləri ilə görüşlər keçirir.

Siyasətçinin bir sıra xarici ölkələrə, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı və İsrailə səfərləri də qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti