Bakı. Trend:
Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq, 8 milyard dollara çatdırıb.
Trend Turkic.world-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.