Baı. Trend:
Ukrayna və ABŞ arasında Kiyevə hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün 138 milyon dollar veriləcəyi barədə müqavilə imzalanıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.
"Bu gün biz Ukraynaya hava hücumundan müdafiə sisteminin kritik modernləşdirilməsi üçün 138 milyon dollar ayırmaq barədə saziş imzaladıq", - deyə səfir söyləyib.
Diplomatın sözlərinə görə, bu vəsait Ukraynaya ölkənin enerji sisteminə hücumlar fonunda hava hücumundan müdafiə sistemlərinin funksionallığını saxlamağa kömək edəcək.