...

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

Dünya xəbərləri Materials 13 Aprel 2024 16:04 (UTC +04:00)
Rusiyaya qarşı sanksiyalar genişləndirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda yer alıb.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki, Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən məhrum edəcək.

Qeyd olunub ki, tətbiq olunan məhdudiyyətlər hər iki birjanın anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti