Bakı. Trend:
İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, son oyunda darmadağın qeydə alınıb.
“Çelsi” “Everton”un qapısından 6 cavabsız top keçirib. Koel Palmer 4 qol vuraraq, qələbədə böyük pay sahib olub. İngilis hücumçu mövsümdə 20-ci dəfə fərqlənərək, bombardirlər yarışına başçılıq edən “Mançester Siti”nin hücumçusu Erlinq Holanda çatıb.
31 oyundan sonra 47 xal toplayan London klubu 9-cu pilləni tutur. “Everton” 27 xalla 15-cidir.