...

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim olundu (FOTO)

Dünya xəbərləri Materials 16 Aprel 2024 14:58 (UTC +04:00)
Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim olundu (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Vladimir Putinə Rusiya Federasiyası prezidentinin vəsiqəsi təqdim olunub.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası prezidentinin vəsiqəsini Vladimir Putinə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova təqdim edib.

Pamfilova Rusiyada keçirilən prezident seçkilərinin nəticəsini heyrətamiz adlandıraraq rus xalqının müdrik olduğunu əlavə edib.

Prezident Putin də öz növbəsində Mərkəzi Seçki Komissiyasına fəaliyyətinə görə minnətdarlığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti