...

ABŞ Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanıyan qətnaməni bloklayıb

Dünya xəbərləri Materials 19 Aprel 2024 01:49 (UTC +04:00)
ABŞ Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanıyan qətnaməni bloklayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Baş Assambleyaya Fələstinə təşkilata tamhüquqlu üzvlük verilməsini tövsiyə edən qətnamə layihəsini qəbul etməyib.

Trend-in məlumatına görə, səsvermə zamanı ABŞ Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququndan istifadə edərək sənədi bloklayıb. Birləşmiş Ştatlar əleyhinə səs verən yeganə ölkədir.

Təhlükəsizlik Şurasının 12 üzvü lehinə səs verib, ikisi bitərəf qalıb.

Qətnamə layihəsi Əlcəzair tərəfindən hazırlanıb. Sənəddə Baş Assambleyaya Fələstinə hazırkı müşahidəçi statusu əvəzinə BMT-nin tamhüquqlu üzvü statusunun verilməsi ilə bağlı tövsiyələr əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti