...

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Dünya xəbərləri Materials 19 Aprel 2024 05:22 (UTC +04:00)
Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Bakı. Trend:

Dənizaşırı ərazilərə səfəri zamanı Fransanın daxili işlər naziri Jerar Darmanin zorakılığa məruz qalıb.

Trend-in məlumatına görə, Puent a Pitr şəhərində Qvadelupa televiziyasına müsahibə verərkən bir gənc nazirə yaxınlaşıb. Nazirlə görüşmək istədiyini deyən gənc onun çiyninə yumruq vurub. Mühafizəçilər onu kənarlaşdırıb. Şəxsiyyəti açıqlanmayan şəxs həbs edilib.

Qeyd edək ki, nazir yeniyetmələrin cinayətkarlığı ilə mübarizə aparmaq üçün Qvadalupada 18 yaşı tamam olmayanlar üçün komendant saatı tətbiq edib. Onların saat 20.00-dan sonra küçəyə çıxması qadağan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti