...

Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Dünya xəbərləri Materials 20 Aprel 2024 08:54 (UTC +04:00)
Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana görə, bu tədbir enerji çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını təmin etmək və yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyini nəzərə alaraq hazırda elektrik enerjisindən səmərəli istifadə məqsədi daşıyır.

Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin təxribat, terror hücumları və digər təhlükələrdən mühafizəsi məqsədilə polisin və silahlı qüvvələrinin səfərbər edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti