...

ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər - Pentaqon

Dünya xəbərləri Materials 21 Aprel 2024 04:19 (UTC +04:00)
ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər - Pentaqon
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Ukrayna paytaxtındakı səfirliyə əlavə hərbi müşavirlər göndərməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, müşavirlər hərbi vəzifələri yerinə yetirməyəcək, Ukrayna hökumətinə və silahlı qüvvələrinə məsləhət verəcəklər. “Münaqişə boyu Müdafiə Nazirliyi təhlükəsizlik şərtlərinin dəyişməsi ilə əlaqədar ölkədə mövcudluğunu nəzərdən keçirdi və düzəliş etdi. Biz hazırda səfirliyə bir neçə əlavə məsləhətçi göndərmək imkanını nəzərdən keçiririk”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti