Bakı. Trend:
Ötən gün İranın cənubunda yerləşən Fars vilayətinin Şiraz şəhərində saxta spirtli içkidən 29 həkim zəhərlənib.
Trend-in məlumatına görə, bu haqda İran KİV məlumat yayıb.
Şiraz şəhərinin ətrafında yerləşən bir bağda təşkil olunan qonaqlıqda zəhərlənmə nəticəsində bir qadın həkim ölüb, 1 həkim komaya düşüb. Bir neçə həkimin böyrək çatışmazlığı ilə üzləşdiyi bildirilir.
Saxta spirtli içkini satan şəxsin saxlanıldığı bildirilir.