Bakı. Trend:
ABŞ Rusiya Federasiyasına ikili təyinatlı məhsulların tədarükünə görə sanksiyalarıb tətbiq edildiyi Çin şirkətlərinin siyahısını genişləndirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, ABŞ artıq 100-dən çox müəyyən edilmiş Çin strukturlarına məhdudiyyətlər qoyub.
"Biz bunu etməyə davam edəcəyik", - deyə A.Blinken qey edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Avropa və digər tərəfdaşlarla səyləri əlaqələndirmək niyyətindədir”.