...

Türkiyə Qara dəniz şelfində yeni quyu qazmağa başlayıb

Dünya xəbərləri Materials 23 May 2024 13:47 (UTC +04:00)
Türkiyə Qara dəniz şelfində yeni quyu qazmağa başlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Qara dəniz şelfində yeni kəşfiyyat quyusu qazmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" platformasında məlumat paylaşıb.

"Qara dənizdə yeni kəşflərə yelkən açırıq. "Fatih" qazma gəmimiz Sakarya qaz sahəsində "Göktepe-2" adını verdiyimiz quyuda qazma işlərinə başlayıb", - paylaşımda qeyd edilib.

Türkiyəli nazir həmçinin, hasilatı artırmaqla yanaşı, yeni yataqlarda kəşfiyyatı davam etdirəcəklərini əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti