...

ABŞ Ukraynaya hərbi yardım göndərir

Dünya xəbərləri Materials 23 May 2024 20:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hakimiyyəti mayın 24-də Ukraynaya 275 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını elan edə bilər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Ukraynaya yeni yardım paketinə HIMARS reaktiv yaylış atəşi sistemi üçün raketlər, həmçinin 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil ola bilər.

Qeyd edilib ki, bu da Konqresin ötən ayın sonunda Ukraynaya xarici yardım haqqında qanun layihəsini qəbul etdikdən sonra Ukraynaya hərbi yardımın dördüncü tranşı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti