Bakı. Trend:
BMT Baş Assambleyası mayın 23-də 1995-ci ildə Srebrenitsa soyqırımı ilə bağlı qətnaməni səs çoxluğu ilə qəbul edib.
Trend-in məlumatına görə, Almaniya və Ruandanın hazırladığı sənədə 84 ölkə (o cümlədən, Serbiya istisna olmaqla, keçmiş Yuqoslaviyanın bir hissəsi olan bütün ölkələr) səs verib, 19 ölkə əleyhinə, 68 ölkə bitərəf qalıb.
Qətnaməyə əsasən, iyulun 11-i Bosniyanın bu şəhərində Soyqırımı Qurbanlarının Beynəlxalq Anma Günü elan edilib. Bundan başqa, sənəd Srebrenitsa soyqırımı ilə bağlı məhkəmə tərəfindən müəyyən edilmiş faktların təhsil proqramlarına daxil edilməsini nəzərdə tutur.