Bakı. Trend:
NATO Moldovanı Rusiya və Belarusla hərbi qarşıdurmaya sürükləməyə çalışır.
Trend xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasında çıxışında deyib.
"NATO Moldovanı sözün həqiqi mənasında Rusiya və Belarusla hərbi qarşıdurmaya sürükləyir", - o deyib.
Qeyd edək ki, Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər müəyyən ediləcək.