...

Böyük Britaniyada hərbi çağırış geri qaytarıla bilər

Dünya xəbərləri Materials 26 May 2024 03:24 (UTC +04:00)

Bakı. Trend:

İyulun 4-də keçiriləcək parlament seçkilərindən sonra Mühafizəkarlar Partiyası hakimiyyətdə qalarsa, Böyük Britaniya hərbi xidmətə qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Rişi Sunak "The Mail on Sunday" qəzetində dərc olunan məqaləsində bildirib.

Siyasi müşahidəçilər üçün sürpriz olan Tori seçki təşəbbüsü nəzərdə tutur ki, 18 yaşı tamam olandan və məktəbi bitirdikdən sonra gənc britaniyalı oğlan və qadınların ya silahlı qüvvələrdə 1 il xidmət etməsi tələb olunacaq, və ya 25 gününü (1 il ərzində hər ay 2 istirahət günü) polis, kommunal xidmətlər və ya səhiyyə sisteminin işçilərinə kömək edərək, ictimai işlərə həsr etmək, Plan, məzunların yalnız 10 faizinin birinci variantı seçəcəyini ehtimal edir.

Xəbər lenti

Xəbər lenti