...

Ermənistandan Rusiyaya "ZƏRBƏ" - Qadağa tətbiq edildi

Dünya xəbərləri Materials 29 May 2024 00:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Rusiyanın "Birinci kanal"ının yayımı dayandırılıb.

Trend Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda o da qeyd edilib ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı "çoxsaylı xəbərdarlıqlar" alıblar.

Xəbər lenti

Xəbər lenti