...

İsrail İranın hücumundan qorunmaq üçün Qəzzada güzəştə hazır idi - SEPAH komandanı

Dünya xəbərləri Materials 30 May 2024 17:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail İranın Dəməşqdəki səfirliyini bombalaması ilə əlaqədar olaraq Tehranın cavab tədbirinin qarşısını almaq üçün güzəştə getməyə hazır idi.

Trend xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-kosmik qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə deyib.

Onun sözlərinə görə, İsrail İranın cavab hücumunun qarşısını almaq üçün Misirin xarici işlər naziri vasitəsilə Qəzza zolağında güzəştə getməyə hazır olduğuna dair mesaj göndərib.

SEPAH komandanı əlavə edib ki, İran tərəfin mümkün cavab hücumlarına qarşı 221 İsrail qırıcısı hazır vəziyyətdə saxlanılıb.

Xatırladaq ki, aprelin 1-də İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti