Bakı. Trend:
Fransa yaxın zamada Ukraynaya hərbi təlimçilər göndərə bilər.
Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bununla bağlı razılaşmalarda artıq güclü irəliləyiş əldə olunub.
Fransanın başlanğıc mərhələdə Ukraynaya məhdud sayda təlimçi göndərəcəyi, daha sonra isə yüzlərlə mütəxəssis göndərməyi planlaşdırdığı bildirilir.
Mənbələr qeyd edib ki, missiya Aİ və ya NATO-nun himayəsi altında fəaliyyət göstərməyəcək. Təlim minatəmizləmə üsullarının işlənib hazırlanması, texnikanın işlək vəziyyətdə saxlanması, eləcə də Qərbin Kiyevə göndərdiyi hərbi təyyarələr üçün texniki ekspertiza bacarıqlarının formalaşdırılmasına yönəldiləcək. Bundan əlavə, Parisin Ukraynanın motoatıcı briqadasını maliyyə və avadanlıqla təmin edəcəyi, onun üçün təlim keçəcəyi qeyd olunub.