...

Çinin şərqində kömür mədənini su basıb, üç nəfər ölüb

Dünya xəbərləri Materials 5 İyun 2024 07:50 (UTC +04:00)

Bakı. Trend:

Çinin şərqindəki Şandunq əyalətində kömür mədənini su basıb, nəticədə 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə zamanı 8 mədənçi sıxılmış vəziyyətdə qalıb, onlardan 5-i xilas edilib.

Həkimlər xilas edilənlərin vəziyyətini stabil qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti