Bakı. Trend:
Türkiyənin Bursa şəhərində yol-nəqliyyat hadisəsi olub.
Trend-in məlumatına görə, qəza Nilüfer mahalında qeydə alınıb.
İşıqforun qadağanedici işığında hərəkət edən yük maşını işçiləri daşıyan avtomobillə toqquşub.
Hadisə yerinə çox sayda həkim, xilasetmə və polis qrupları cəlb edilib. Qəzada xəsarət alan səkkiz nəfər xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.