Bakı. Trend:
Meksikanın Milli Seçki İnstitutu bazar günü keçirilən prezident seçkilərində səslərin hesablanmasını başa çatdırıb.
Trend-in məlumatına görə, bu barədə Milli Seçki İnstitutunun saytında bildirilib.
Məluamta əsasən, Klaudiya Şeynbaum seçicilərin 59,7595 faizinin dəstəyini qazanıb. Onun lehinə 35 923 969 nəfər səs verib. Onun ən yaxın rəqibi, müxalifətdən olan Soçitl Qalves 27,4518 faiz səs, üçüncü yeri tutan Xorxe Alvares Maines isə 10,3212 faiz səs toplayıb.
Seçki komissiyası 170 366 protokolun hamısının nəzərə alındığını bildirib. Ümumilikdə 60 114 180 Meksika vətəndaşı səs verib. Seçkilərdə 61,04 faiz iştirak edib.